Urfan Abbasov: “Fərdi səhvlərə yol verdik”
“Hesab bizim üçün gözlənilməz oldu. Ağır oyun olacağını bilirdik. Rəqib görüşə yaxşı başladı. İlk hissədə qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. İkinci hissəni isə demək olar ki, müdafiədə keçirdik və bu səbəbdən 70-ci dəqiqədən sonra qollar buraxdıq”.
“Report” xəbər verir ki, bu fikirləri “Səbail”in futboluçusu Urfan Abbasov Premyer Liqanın VI turunda “Sabah”a uduzduqları (0:3) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı müdafiəçi bildirib ki, 0:3 hesabı oyuna görə olmayıb: ““Sabah”ı əks hücumlarda yaxalamaq istədik, ancaq alınmadı. Fasilədən sonra müdafiədə oturduq. Eyni zamanda fərdi səhvlərə yol verdik. Bu oyunu unutmalı, növbəti görüşlərə köklənməliyik”.
Abbasov VII turda “Neftçi” ilə qarşılaşacaqları oyun barədə də fikirlərini bölüşüb: “Onlar çempionluğa oynayan komandalardan biridir. Əlimizdən gələni edəcəyik ki, nəticəmiz yaxşı olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı