Universitetlərdə xarici dil müəllimliyi ixtisar edilir
Növbəti tədris ili üçün bir sıra ali təhsil müəssisələrində xarici dil müəllimliyi ixtisasına qəbul planında azalma müşahidə olunur. İngilis dili ilə yanaşı, alman və fransız dili üzrə də həm paytaxtda, həm də region universitetlərində yerlərin azaldılması bu tendensiyanın təsadüfi olmadığını göstərir.
Minval.info xəbər verir ki, bu dəyişiklik əmək bazarında xarici dil müəllimlərinə tələbatın azalması ilə bağlı deyil, daha çox “kəmiyyətdən keyfiyyətə keçid” mərhələsi ilə əlaqədardır. Bakı şəhər 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova bildirir ki, müasir dünyada xarici dil biliklərinə tələbat artmaqdadır. Məsələ müəllimə olan ehtiyacda deyil, əmək bazarına daxil olan kadrın hazırlıq səviyyəsindədir. Məktəblərə müasir metodikaya hakim, funksional mütəxəssislər lazımdır.
Direktorun fikrincə, bəzi universitetlərdə plan yerlərinin azalmasının səbəbi ali təhsil müəssisələrinin təhsil keyfiyyəti, kadr hazırlığı imkanları və məzunların MİQ imtahanlarındakı göstəriciləri ilə bağlıdır. Bu səbəbdən, az saatla kifayətlənən zəif müəllimlərdən daha çox, tam stavka ilə işləyən, şagirdlərə dili sevdirən və beynəlxalq standartlara cavab verən peşəkar müəllimlərə ehtiyac var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: Müsahibələr başlayır!
Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarıldı?
Kəllə sümüyündə yeni immun strukturlar kəşf edildi
Müəllimlərin müsahibə mərhələsi avqustun 26-da başlayır
III qrupda rəqabət pik həddə: 8 min kəsiləcək
Magistraturaya qəbulda yeni ixtisas seçimi şansı!
Direktor vəzifəsinə sənəd qəbulu uzadıldı