Universitetə qəbulda 150 balla şans: III qrupda rəqabət qızışır
III ixtisas qrupu üzrə bu ilki qəbul müsabiqəsində ciddi rəqabət müşahidə olunur. Bu qrupda dövlət sifarişi ilə ayrılan yerlərin sayı məhduddur və müsabiqədə iştirak edən abituriyentlərin sayı plan yerlərini əhəmiyyətli dərəcədə üstələyir.
Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə DİM-in rəsmi yutub kanalında canlı yayımda danışıb. O bildirib ki, III ixtisas qrupu üzrə ümumilikdə 15,533 plan yeri mövcuddur və bunların təxminən 4,000-i dövlət sifarişi əsasında maliyyələşdirilir. Bu, ümumi plan yerlərinin yalnız 26 faizini təşkil edir.
Onun sözlərinə görə, ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20,805 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb. Bu isə plan yerlərinin sayından təxminən 5,000 nəfər çoxdur. Məleykə Abbaszadə əlavə edib ki, III ixtisas qrupunda 150 balla qəbul aparılan ixtisaslar da mövcuddur. Bu ixtisaslar nəzərə alındıqda, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24,653 abituriyent müsabiqəyə qatılıb.
ƏLAQƏLİ
Abituriyentlər üçün ixtisas seçimi sirləri: Məleykə abbaszadənin tövsiyələri
DİM sədri vurğulayıb ki, III ixtisas qrupu iki altqrupdan – DT və TC altqruplarından ibarətdir və hər iki altqrup üzrə yüksək rəqabət vəziyyəti yaranıb. DT altqrupu üzrə 13,373 plan yerinə 20,805 abituriyent iddia edir. TC altqrupu üzrə isə 2,180 plan yerinə 7,949 abituriyent müsabiqəyə qatılır. Məleykə Abbaszadə bildirib ki, eyni abituriyent hər iki altqrup üzrə imtahan nəticəsinə malik ola bilər və ixtisas seçimi zamanı üstünlük verdiyi altqrupu müəyyənləşdirərək seçimlərini müvafiq ardıcıllıqla yerləşdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abituriyentlər üçün ixtisas seçimi sirləri: Məleykə abbaszadənin tövsiyələri
Abituriyentlər üçün həyəcanlı həftə: İxtisas seçiminə start verildi
Təhsil sənədləri artıq "myGov"da: Yeni funksiya istifadəyə verildi
Məktəbə hazırlıq başlayır: Uşaqların yuxu rejimi necə tənzimlənməlidir?