Ümit Özat “Sabah” haqda - “Danışığımız olub”
“Sabah” klubunda baş məşqçi olacağı iddia edilən türkiyəli mütəxəssis Ümit Özat açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, “Radyospor”a danışan Özat “Sabah”la danışıqlar apardığını təsdiqləyib:
“Azərbaycanın “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izləmişəm. Ölkə xaricində işlər bir gün ərzində olmur. Türkiyə deyil ki, həmin andaca hər şey həll edilsin. “Sabah”la ötən həftə danışıqlarımız oldu. Düzgün seçim etmək lazımdır. Azərbaycanın düzgün bir ölkə olduğunu düşünürəm”.
Türkiyə mətbuatı “Sabah”ın Ümit Özatla danışıqlar apardığını iddia etsə də, “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bir müddət əvvəl Komanda.az-a açıqlamasında Ümit Özatla maraqlanmadıqlarını və klubun heç bir əməkdaşının Türkiyəyə yollanmadığını demişdi.
Özat məşqçilik karyerası ərzində “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdmanyurdu”, Gənclərbirliyi” və “Girəsunspor”u çalışdırıb. Onun son iş yeri “Adana Dəmirspor” klubu olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı