Ülviyyə i̇lyasovanın məhkəmə sonrası borc qalmaqalı: Fəhlə haqqını ala bilmir?
Ülviyyə İlyasovanın NovaMed klinikasında işləyən bir fəhləyə borclu qaldığı iddia edilir. Fəhlə, klinikada boya işləri gördüyünü və ödənişinin tam edilmədiyini bildirir.
Minval.info xəbər verir ki, şikayətçi, 2024-cü ilin sentyabr ayında işə başladığını və işini təhvil verdikdən sonra yalnız ödənişinin yarısını aldığını iddia edir. Ülviyyə İlyasova və onun köməkçisi Etibarın məsuliyyəti bir-birinə ataraq, 1020 manatlıq borcu ödəmədiklərini söyləyir. Ülviyyə İlyasovanın həbs olunmasına baxmayaraq, klinikadakı heyətin fəaliyyətini davam etdirdiyi bildirilir.
NovaMed klinikasından isə məsələ ilə bağlı açıqlama verilib. Klinika, fəhlə ilə Ülviyyə İlyasova və Etibarın şəxsi razılaşma əsasında iş gördüyünü və klinikanın bu məsələyə qarışmadığını bildirib. Ülviyyə İlyasova və Etibarın artıq klinikada çalışmadığı qeyd edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, bu məsələ ilə bağlı onlara rəsmi müraciət edilməyib. Vətəndaşın rəsmi qaydada müraciət etməsi tövsiyə olunur.
Xatırladaq ki, Ülviyyə İlyasova qanunsuz tibbi fəaliyyətlə məşğul olduğu üçün bu ilin aprel ayında həbs edilib. Məhkəmə qərarı ilə o, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və səhiyyə sahəsində xüsusi ixtisas tələb edən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!