Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod tikiləcək
Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavodun tikintisi ilə bağlı Ali Radaya razılaşma göndərilib.
Musavat.com oxu.az-a istinadla xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
“Zavod tikiləcək. Hökumət ikitərəfli sazişi təsdiqləyib və zavodun özünün tikintisinə dair sazişi ratifikasiya üçün parlamentə göndərib”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, pilotsuz təyyarələr istehsal edən şirkətin sahibi artıq Ukraynada şirkət yaradıb, torpaq sahəsi alıb və müəssisə üçün layihə hazırlayıb, “onu sona qədər həyata keçirmək” niyyətindədir.
“Bu istehsalın Ukraynada edilməsi şirkət sahiblərinin, demək olar ki, şəxsi öhdəliyi idi”, – deyə Bodnar əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı