Ukraynada azərbaycanlıların qanlı “razborkası” - Foto
Ukraynanın Jitomir şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 15-də Korostışevski rayonu Kamennıy Brod kəndində öldürülən azərbaycanlının qətlinin üstünü açıblar.
Məlumata əsasən, polislər cinayətkar qruplaşmanı zərərsizləşdiriblər.
Azərbaycan vətəndaşının başçılıq etdiyi qruplaşma Kamennıy Brod kəndində üç nəfəri qətlə yetirib, 2016-cı ildə isə onlardan biri Jitomir kafesində kişini güllələyib.
Jitomirsk vilayəti üzrə Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko bildirib ki, qətli təşkilatçısı 2018-ci ildə digər qətl hadisəsinə görə saxlanılan Azərbaycan vətəndaşıdır.
“Onun saxlanılmasından üç il keçməsinə baxmayaraq hələ də hökm oxunmayıb. O, özü isə məhkəmənin müəyyən etdiyi girov pulunu ödəyərək rahat şəkildə şəhərimizin küçələrində gəzir”, – V.Peçenenko deyib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı

