İranda Ukrayna sərnişinlərinin olduğu “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanının yaxınlığında baş verib. Göyərtəsində 180 sərnişin və heyət üzvü olan təyyarə havaya qalxandan bir müddət sonra texniki səbəblərdən yerə çırpılıb.

İlkin məlumata görə, təyyarə Ukrayna Hava Yollarına məxsus olub.

***

“Röyters” xəbər verir ki, təyyarə Tehrandan Kiyevə uçurmuş.

Agentlik qeyd edir ki, hazırda İranla ABŞ arasında hərbi vəziyyət pik həddə çatıb və qəzanın bununla bağlı olacağı istisna edilmir.

Məlumata görə, təyyarə İranın Paranda şəhərində qəzaya düşüb. Xomeyni adına beynəlxalq hava limanından İran vaxtı ilə saat 04:42-də havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.

***

Ukrayna Xarici İşlər Nazirliyi bütün sərnişinlərin və ekipaj heyətinin öldüyünü təsdiqləyib.

“Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin nümayəndəsindən alınan ilkin məlumata görə, Ukrayna təyyarəsi 8 yanvar 2020-ci ildə İmam Xomeyni Beynəlxalq Hava Limanından (Tehran) enəndən sonra hava limanının yaxınlığında qəzaya düşüb. Nəticədə, sərnişinlər və ekipaj ölüb”, – deyə məlumatda qeyd olunub.

***

Bildirilir ki, göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub.