20.05.2022 - 17:26
Dünya
24 baxış
Ukrayna son qərarını açıqladı: "Bizə atəşkəs təklif etməyin"
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təxminən 3 aya yaxındır Rusiyanın işğalı altında olan Ukraynada münaqişələr davam edərkən, Ukrayna lideri Zelenskinin müşaviri Mixail Podolyak atəşkəs mümkünlüyü ilə bağlı açıqlamalar verib.
“Bizə atəşkəs təklif etməyin. Rusiya qoşunları tamamilə çıxarılmadan bu, mümkün deyil. Rusiya işğal altındakı torpaqlarımızı tam azad etməyə hazır olana qədər bizim danışıqlar komandamız silah, sanksiyalar və puldan ibarətdir”, – Podolyak bildirib.
Rusiya ilə Ukrayna arasında fevralın 24-dən davam edən müharibədə mülki əhali arasında itkilər artır. Ukrayna Baş Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 658-dən çox uşağın yaralandığı, 231 uşağın öldüyü bildirilib.
Prokurorluq həmçinin hücumlarda 457-dən çox mülki şəxsin yaralandığını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
12.09.2026 - 22:39
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
12.09.2026 - 22:11
Mehdiabadda zibil və su gölməçəsi problemi!
12.09.2026 - 20:54
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
12.09.2026 - 20:47
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
12.09.2026 - 19:16
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
12.09.2026 - 18:41
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
12.09.2026 - 14:08
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
12.09.2026 - 13:19
