Uğrunda mübarizə apardığı torpağın adı ilə mükafatlandırılan Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri - FOTO
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Musayev Ramil Aydın oğludur. Gizirimiz 1991-ci ildə İsmayıllı rayonunun, Günəşli kəndində anadan olub.
Şəhidimizin qardaşı Ramal xatirələrini Trend-ə danışıb. Ramala qardaşı haqqında danışmaq çətin olsa da o, qardaşı ilə qürur duyur. Deyir ki, Ramil səkkiz ilə yaxın idi ki, XTQ-də xidmət edirdi. Bu illər ərzində ona işi ilə bağlı nə qədər sual versəm də, çox az danışardı. Məxfiliyi qoruyub saxlayardı. Danışdıqları ancaq ümumi – hamının bildiyi söhbətlər idi. Ramil 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub, xeyli sayda düşməni məhv edib.
İkinci Qarabağ müharibəsi başlayan gündən Füzuli-Cəbrayıl istiqamətində döyüşüb. Düşmənə qarşı müxtəlif döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 3-ü Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş yoldaşları onu mərd, qorxmaz döyüşçü kimi xatırlayırlar. Təəssüf ki, uğrunda mübarizə apardığı və inandığı qələbəni görə bilmədi.
Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunda dəfn edilib.
Ramal deyir ki, qardaşı şəhid olandan sonra atası çox yaşamayıb. Ramilin yoxluğuna dözə bilməyib. Dekabrın altısı vəfat edib.
Ölümündən sonra döyüşlərdə göstərdiyi rəşadətə görə “Qarabağ” ordeni ilə təltif olunub.
Ramil bir ailənin övladı olmaqdan çıxıb böyük vətənimizin şəhid övladına çevrilib.
Qardaşı deyir ki, Ramil bu il ailə həyatı qurmuşdu. Doğulacaq körpəsini görmək ona qismət olmadı.
Allah şəhidlərimizə rəhmət eləsin!
ƏLAQƏLİ
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə