UEFA "Sevilya" ilə oyuna görə "Qarabağ"a intizam işi açıb
UEFA növbəti dəfə “Qarabağ” klubuna qarşı intizam işi açıb.
Avropa futbol qurumunun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya “Sevilya”sı ilə ev matçında baş verənlərlə əlaqədardır.
Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. “Sevilya”nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə “Çiçarito” ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı