“UEFA-nın qəbul etdiyi qərar əsassızdır” - Nurlan İbrahimovun vəkili
“UEFA tərəfindən “Qarabağ”ın Mətbuat Xidmətinin Rəhbəri Nurlan İbrahimova verilən cəza həddindən artıq sərtdir və hesab edirik ki, UEFA bu qərarı aramsız təzyiq altında qəbul edib”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev deyib.
Vəkil bildirib ki, bununla bağlı qərar qəbul ediləndən sonra UEFA-ya verdikləri apellyasiya şikayəti qəbul edilməyib: “Təəssüf ki, şikayətimiz qəbul edilmədi. Zənnimizcə, bunda süni əngəllər də əsas rol oynadı”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
F.Haqverdiyev qeyd edib ki, bu gün qitənin ali futbol qurumuna daha bir etiraz ünvanlasalar da, yenə də cəhdləri uğursuz olub:
“Növbəti etirazımız da UEFA tərəfindən bu gün verilmiş qərarla, apellyasiya şikayətinin mahiyyətinə baxılmadan qəbul edilmədi. Hesab edirik ki, UEFA-nın qəbul etdiyi qərar əsassızdır, belə ki, qurumun apellyasiya şikayətinin mahiyyətinə baxmadan onu qəbul etməməsi nəticəsində Nurlan İbrahimovun ədalətli məhkəmə araşdırması hüququ tamamilə pozulub. Nurlan bəy iş üzrə etirazlarını, sübutlarını, işin halları ilə bağlı izahatlarını təqdim etmək hüququndan məhrum edilib”.
Vəkil bildirib ki, iş üzrə hüquqi həll imkanları tükənməyib:
“Bu qərardan sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət hazırlanıb veriləcək. Ümid edirik ki, qeyd etdiyimiz pozuntular CAS tərəfindən aradan qaldırılacaq və yekunda Nurlan bəyə münasibətdə ədalətli qərar veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq