UEFA açıqladı: AFFA Mxitaryana görə zəmanət verib
AFFA UEFA-nı əmin edib ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası finalında “Çelsi” klubu ilə qarşılaşacaq “Arsenal” klubunun yarımmüdafiəçisi Henrik Mxitaryanın ölkəyə daxil olmaqla bağlı problemi olmayacaq.
Minval.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti informasiya yayıb.
“UEFA-nın himayəsi altında oyunlarda iştirak etmək üçün oyunçulara viza verilməsi ilə bağlı digər ölkələrin futbol federasiyaları, klub və səfirliklərinə məktub göndərilməsi təşkilat üçün standart prosedurdur. Bu baxımdan UEFA və “Arsenal” təsdiq tələb etmiş, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə sözügedən oyunçunun ölkəyə girişi və qalması ilə bağlı problem olmayacağını və bütün zəruri təhlükəsizlik tədbirlərinin görüləcəyini təsdiq etmişdir”, – UEFA-dan bildirilib.
Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ” oyununa gələ bilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Koronavirusa yoluxmuş məşhur futbolçu danışdı
DÇ-2022-nin təşkilinə fantastik məbləğ xərclənib
"Real" əsrin transferi üçün danışıqlara başladı
2019 Qızıl Top mükafatını kim qazanacaq?
Prosineçkinin yeni klubu müəyyənləşdi
Boksçu döyüş zamanı aldığı travmadan dünyasını dəyişib