Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi
Sumqayıtda üç yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Minval.info xəbər verir ki, vəkil Əli Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, İ.Qəmbərova verilən bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, ittihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub.
Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
6 ayda itirdiyimiz 6 MƏŞHUR - Fotolar
Dilarədən cəsarətli pozalar
142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər vəfat edib
Jalə Əhmədova həyat yoldaşının ölüm səbəbini açıqladı
Deputat Könül Nurullayevaya töhmət verildi
Əməkdar artist və ailəsi koronavirusa yoluxubmuş...
Kadırov oyun zamanı mikrafonla hakimi söyüb? - VİDEO