Tutulan generala bu maddələrlə cinayət işi açılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxslərlə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
DSX rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Onunla birlikdə daha 3 vəzifəli şəxsin saxlanıldığı bildirilir. İlkin məlumata görə, general və əməkdaşları balıqçıların gəmi ilə qanunsuz ov etməsinə şərait yaratmaq şübhəsi ilə tutulublar. Rəsmi açıqlamada qeyd olunan mülki şəxslərin də balıqçılar olduğu bildirilir.
Hazırda DTX və Baş Prokurorluq tərəfindən birgə istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı milyon dollarlıq soyğun etdi, polislə atışmaya girdi - VİDEO
Bakıda iki tələbənin öldüyü dəhşətli qəzanın görüntüsü - ANBAAN VİDEO
Əli Mirəliyev Hüseyn Əzizoğlu haqqında: "Mənə deyirdi ki..."
Rusiyanın daha bir yüksəkrütbəli zabiti ZƏRƏRSİZLƏŞDİRİLDİ