05.10.2026 - 16:46
Türkiyəyə məxsus gəmi PUA hücumuna məruz qaldı
Hadisə 2 baxış

Türkiyəyə məxsus gəmi PUA hücumuna məruz qaldı

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Minval.info xəbər verir ki, bu hücum nəticəsində gəminin kapitanı yaralanıb və ilkin olaraq 13 heyət üzvünün itkin düşdüyü bildirilib. Hadisə yerində Rumıniya rəsmiləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıblar.

Son məlumatlara görə, 11 ekipaj üzvü xilas edilib, iki nəfərin isə həlak olduğu açıqlanıb. Gəminin aldığı zərbələr nəticəsində batdığı bildirilir.

Ukrayna mətbuatı bu hücumun Rusiya tərəfindən həyata keçirildiyini iddia edir. “Royad Məmmədov” gəmisi Türkiyənin “Palmali” şirkətinə məxsusdur və 2022-ci ildə II Qarabağ müharibəsində şəhid olan Röyad Məmmədovun adını daşıyır.

Hazırda hadisənin bütün detalları, o cümlədən hücumun dəqiq şəraiti və məsul tərəflə bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: