05.10.2026 - 18:17
Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb
İdman 1 baxış

Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb

“Real Madrid”in gənc futbolçusu Arda Gülər Türk futbol tarixində yeni bir rekorda imza atıb. 21 yaşlı oyunçunun bazar dəyəri 100 milyon avroya çataraq, bu göstəriciyə çatan ilk türk futbolçu olub.

Minval.info xəbər verir ki, Arda Gülər “Fənərbağça”dan “Real Madrid”ə transfer olunduqdan sonra İspaniya klubunda göstərdiyi uğurlu çıxışlar onun bazar dəyərini əhəmiyyətli dərəcədə artırıb. Son qiymətləndirmələrdən sonra onun dəyəri 100 milyon avroya yüksəlib.

Bu nailiyyət Ardanı 100 milyon avro bazar dəyərinə çatan ilk türk futbolçu kimi tarixə salıb. Türkiyə futbolunda daha əvvəl heç bir oyunçunun bazar dəyəri bu səviyyəyə çatmamışdı.

“Real Madrid” və Türkiyə milli komandasının əsas üzvlərindən birinə çevrilən Ardanın yüksələn bazar dəyəri, onun Avropa futbolundakı mövqeyini də gücləndirir. Bu qiymət, Türkiyə futbolu üçün əhəmiyyətli bir göstərici olaraq qeyd edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: