Ronaldo peşəkarlığı ilə hamını təəccübləndirir
Braziliyalı yarımmüdafiəçi Fred, portuqaliyalı futbolçu Kriştiano Ronaldonun peşəkarlığı və işə yanaşması haqqında maraqlı açıqlamalar verib.
Minval.info xəbər verir ki, Fred və Ronaldo “Mançester Yunayted” klubunda birgə çıxış ediblər. Fred “Charla” podkastında Ronaldonun iş rejimi və davranışları haqqında danışıb. O, Ronaldonun çox tələbkar olduğunu və hər şeyin onun istədiyi şəkildə olmasını arzuladığını bildirib.
Fred deyib ki, Ronaldo məşqdən əvvəl idman zalında olurdu və məşq bitdikdən sonra da orada qalırdı. Bu, Fredə Ronaldonun başqa səviyyədə olduğunu düşündürmüşdü. “O, hər cəhətdən fenomenal bir futbolçudur,” – deyə Fred əlavə edib.
Ronaldo hətta suyunu Himalay dağlarından gətirirmiş. Klubda ona maye gətirmək qadağan edildikdə, bu, Ronaldonu narahat etmiş və o, bu vəziyyətlə barışmalı olmuşdu.
Fred Ronaldonun meydanda əsl canavar olduğunu, lakin yaşın onun performansına təsir etdiyini də qeyd edib. Buna baxmayaraq, Ronaldo hələ də inanılmaz istedada malikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb
Lionel Messi Argentina ilə vida matçına çıxacaq
Üçqat olimpiya çempionu İivo Niskanen dəri xərçəngi ilə mübarizə aparır
Merve Özbey səhnədə uğursuz an yaşadı: qolu sındı
Ayxan Abbasov: Litva ilə matçda futbolçularımız gözləntiləri üstələdi
Cüdoçumuz Əhməd Yusifov dünya çempionatında qızıl medal qazandı