Okinavada qətl: Yaponiya ABŞ-dan hərbçilərlə bağlı tədbir tələb edir
Yaponiya hökuməti Okinavada baş verən qətl hadisəsi ilə bağlı ABŞ-a etirazını bildirib. Hadisədə amerikalı hərbçinin şübhəli bilinməsi bu məsələnin diqqət mərkəzinə çevrilməsinə səbəb olub.
Minval.info xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiti sosial mediada ABŞ-a qarşı sərt mövqeyini ifadə edib. O, Amerika tərəfinin istintaqda tam əməkdaşlıq etməsini və ABŞ hərbçiləri arasında ciddi intizamın təmin olunmasını tələb edib. Bundan əlavə, belə hadisələrin yenidən baş verməməsi üçün hərtərəfli tədbirlərin görülməsi istənilib.
Olayın detallarına gəldikdə isə, oktyabrın 3-də Okinava polisi Futenma Hava Bazasında xidmət edən 20 yaşlı ABŞ dəniz piyadasını həbs edib. O, soyğunçuluq və qətl şübhəsi ilə ittiham olunur. Zərərçəkmiş qadının cəsədi otel otağında tapılıb və müşahidə kameraları şübhəlinin qadınla otağa girdiyini, lakin tək çıxdığını göstərir. İttiham olunan hərbçi isə özünü günahkar hesab etmir.
Yaponiya və ABŞ arasında bu cür hadisələrin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Danimarkada 8.8 milyon insanın şəxsi məlumatları sızdırıldı
Cənubi Koreya: Jeju adasında batan gəmidə iki nəfər itkin düşüb
Rusiyada veba xəstəliyi təhlükəsi: Laboratoriyadan yayıldı
"Flydubai" təyyarəsinin qaçırılması ilə bağlı yeni detallar üzə çıxdı