05.10.2026 - 12:49
Hadisə 665 baxış

EKSKLÜZİV“Borani Restaurant”ın Xırdalan filialında biabırçılıq — Ad günü burnularından gəldi

Xırdalan şəhərində fəaliyyət göstərən “Borani Restaurant”ın filiallarından birində müştərilərə göstərilən xidmət narazılığa səbəb olub.

Ailəvi ad günü keçirmək üçün restorana üz tutan vətəndaşlar sifarişlərin gecikdirildiyini və personalın qeyri-peşəkar davrandığını bildiriblər.

Minval.info xəbər verir ki, bu barədə narazı müştəri İlkin Mustafayev sosial şəbəkədə paylaşım edib.

İ.Mustafayevin sözlərinə görə, 5-i uşaq, 5-i böyük olmaqla 10 nəfərlik qrupla ad günü qeyd etmək üçün restoranda əvvəlcədən müxtəlif yeməklər sifariş edilib. Lakin sifarişlərlə bağlı problem ilk dəqiqələrdən özünü göstərib.

Müştərinin sözlərinə görə, ofisianta iki kabab seti, 3 pizza, 4 naqqets və 6 lahmacun sifariş verilib. Digər yeməklər təqdim olunsa da, yarım saat keçməsinə baxmayaraq kabablar masaya gətirilməyib.

İ.Mustafayev baş verənləri belə ifadə edib:

“Ofisianta iki kabab seti, 3 pizza, 4 naqqets və 6 lahmacun sifariş verdik. Digər yeməklər təqdim olunsa da, yarım saat keçməsinə baxmayaraq kabablar masaya çatdırılmadı. Ofisiantı çağırıb səbəbini soruşduqda isə tamamilə məsuliyyətsiz şəkildə ‘Siz kabab sifariş verməmisiniz’ cavabını aldıq. Ən birinci sifariş etdiyimizi bildirsək də, dirəşib öz dediklərini yeritdilər”.

Sifarişin unudulması ilə bağlı yaranan mübahisədən sonra masadakı xanımlar vəziyyəti düzəltmək üçün 6 ədəd çöpdə quzu və 10 ədəd toyuq çöp-şiş sifariş ediblər. Lakin müştərinin iddiasına görə, bu dəfə də sifariş düzgün anlaşılmayıb və 16 ədəd çöp-şiş əvəzinə masaya 16 porsiya kabab gətirilib.

İ.Mustafayev restoran əməkdaşlarının sifarişi düzgün dəqiqləşdirmədiyini bildirərək xidmət səviyyəsini kəskin tənqid edib:

“Ofisianta deyirəm ki, ağlın kəsmədi 16 porsiya kababı 5 uşaq, 5 böyük necə yeyəcək? Hətta xanımlar ‘16 çöp’ deyib sifariş versələr belə, niyə izah etmədin ki, 16 çöp şiş 16 porsiyadır və hər porsiyada azı 5-6 çöp olur? Qısacası, bərbad xidmət! Sifariş etdiyimiz ayran belə gəlmədi. Ad günümüzü burnumuzdan tökdülər. Yazıqlar olsun sizin şəbəkəyə!”

Müştəri restoran rəhbərliyinin və personalının xidmətinə etirazını bildirib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: