05.10.2026 - 17:42
Giorgia Meloni səsini marka olaraq qeydiyyatdan keçirmək istəyir
Dünya 3 baxış

Giorgia Meloni səsini marka olaraq qeydiyyatdan keçirmək istəyir

İtaliyanın Baş naziri Corcia Meloni, süni intellekt vasitəsilə yaradılan saxta məzmunlara qarşı öz səsini qorumaq məqsədilə onu marka olaraq qeydiyyatdan keçirmək üçün Avropa İttifaqının Fikri Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib.

Minval.info xəbər verir ki, Meloninin məsləhətçiləri, 5 oktyabr tarixində qurumun internet saytında yerləşdirilmiş müraciəti təsdiqləyiblər. Reuters agentliyinin məlumatına görə, müraciət sənədində Meloninin italyanca “Mən Corcia Meloniyəm” ifadəsini iki dəfə təkrarladığı dörd saniyəlik bir səs yazısı yer alır.

“Io sono Giorgia” (Mən Corcia’yam) ifadəsi, İtalyan liderin 2019-cu ildəki bir mitinq çıxışında diqqət çəkmiş, ardından bir rəqs parçasına çevrilmiş və 2021-ci ildə yayımlanan avtobioqrafiyasına da başlıq olmuşdu.

Təsdiq tək başına kifayət deyil

Meloninin EUIPO-ya etdiyi müraciət hələ də araşdırma mərhələsindədir. İtalyan mətbuatı, qeydiyyat tələbi qəbul edilsə belə, bu addımın səsin süni intellektlə kopyalanmasını birbaşa qarşısını ala bilməyəcəyinə, lakin səsi icazəsiz çoxaltmaq istəyənlər üçün yeni hüquqi maneələr yaradacağına işarə edir.

İtaliya Baş naziri son illərdə internetdə manipulyasiya edilmiş görüntülərlə də mübarizə aparır. Saxta paylaşımlar arasında Melonini bir yataqda iç geyimi ilə göstərən saxta bir vizual da yer almış və bəzən gerçək qəbul edilərək yayılmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: