05.10.2026 - 18:10
Alimlər ilk dəfə zədələnmiş göz toxumasını bərpa etməyə nail oldular
Səhiyyə 1 baxış

Alimlər ilk dəfə zədələnmiş göz toxumasını bərpa etməyə nail oldular

Alimlər gözün torlu qişasında zədələnmiş sinir əlaqələrinin bərpasını həyata keçirərək, bu sahədə yeni bir irəliləyişə nail olublar. Gen terapiyasının tətbiqindən sonra görmə funksiyasının yaxşılaşdığı müşahidə edilib.

Minval.info xəbər verir ki, Miçiqan Ştat Universitetinin alimləri tərəfindən aparılan araşdırma, yetkin gözün torlu qişasının uzun müddət davam edən zədələnmələrdən sonra müəyyən dərəcədə özünü yenidən təşkil edə biləcəyini göstərib. Araşdırma CaBP4 genindəki mutasiya üzərində cəmləşib. Bu gen, fotoreseptorlardan torlu qişanın digər sinir hüceyrələrinə siqnalların ötürülməsində mühüm rol oynayan zülalın yaranmasını təmin edir.

Gen mutasiyaya uğradıqda görmə siqnallarının ötürülməsi pozulur və bu problem erkən yaşlarda özünü göstərir. Alimlər təcrübəni mutasiyaya malik itlər üzərində aparıblar. Heyvanların gözünün torlu qişasına bir dəfə təhlükəsiz virus vektoru vasitəsilə CaBP4 geninin sağlam nüsxəsi yeridilib.

Gen terapiyasının nəticələri

Nəticədə, heyvanların görmə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Xüsusilə zəif işıq şəraitində görmə funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdığı müəyyən edilib. Araşdırmanın ən diqqətçəkən nəticəsi gen terapiyasının yalnız xəstəliyin irəliləməsini dayandırması ilə məhdudlaşmamasıdır.

Tədqiqatçılar müalicədən sonra torlu qişada görmə siqnallarının ötürülməsini təmin edən zədələnmiş strukturların yenidən formalaşmağa başladığını müəyyən ediblər. Üç il ərzində aparılan müşahidələr zamanı müsbət nəticənin qorunduğu bildirilib.

Alimlərin fikrincə, bu nəticələr yetkin torlu qişanın sinir əlaqələrini bərpa etmək qabiliyyətinin əvvəllər düşünüldüyündən daha yüksək olduğunu göstərir. Tədqiqatın nəticələri gələcəkdə irsi göz xəstəliklərinin müalicəsi üçün yeni gen terapiyası üsullarının hazırlanmasına yol aça bilər. Lakin bu nəticələrin insanlarda tətbiqi hələlik dəqiq deyil.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: