Türkiyənin məşhur aktyoru Serhat Kılıç vəfat etdi
Türkiyənin tanınmış aktyoru Serhat Mustafa Kılıç İstanbulda vəfat edib. O, Kağıthane rayonundakı evində ölü tapılıb və bədənində göyərmələr aşkar edilib. Ölümün səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün araşdırmalar davam edir və hadisə “şübhəli ölüm” kimi qeydə alınıb.
Minval.info xəbər verir ki, hazırda İstanbulda Harbiye Muhsin Ertuğrul Səhnəsində aktyorla vida mərasimi keçirilir. Mərasimdən sonra onun cənazəsi Ankaraya aparılacaq.
Serhat Mustafa Kılıç 1975-ci ildə Ankarada anadan olub və Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri fakültəsinin Teatr bölməsini bitirib. O, peşəkar fəaliyyətinə Ankara Sənət Teatrında başlayıb və daha sonra Diyarbəkir və Ərzurum Dövlət Teatrlarında çalışıb. Aktyor “Bizim Evin Halleri”, “Hatırla Sevgili”, “Ezel”, “Söz”, “Maraşlı”, “Kuruluş Osman”, “Kirli Sepeti” kimi bir çox ekran işlərində rol alıb. Lakin o, daha çox “Seksenler” serialındakı “Ergun Plak” obrazı ilə tanınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Seda Sayan reklam anlaşmaları ilə rekord qırdı!
Bakı-Qazax yolunda yuxulu sürücü qəza törətdi
Kim Kardaşyan Bakıya gəlir? İddialar artır!
Tom Vlaşixa Bakıda: Baku Film & Comic Con!
Serhat Kılıçın müəmmalı ölümü: Yeni detallar ortaya çıxdı
Ağstafada toyda qanlı dava: 48 yaşlı kişi bıçaqlandı
Hind müğənninin qətlində milyarder varis şübhəli