25.11.2026 - 11:14
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
İqtisadiyyat 247 baxış

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Noyabrın 27-də, saat 15:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üçün elektron sənəd qəbulu mərhələsinə start verilir. Bu barədə Publika.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin verdiyi məlumata görə, namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada aparılacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Uğurla bu mərhələni keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsində namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Müsabiqənin nəticələri namizədlərə “Şəxsi səhifə” üzərindən təqdim ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: