25.11.2026 - 12:44
Çinli avtomobil nəhəngi BYD Fransada istehsala başlayacaq
İqtisadiyyat 296 baxış

Çinli avtomobil nəhəngi BYD Fransada istehsala başlayacaq

Çinli avtomobil istehsalçısı BYD qərbi Avropada genişlənməsini sürətləndirmək üçün Mosel bölgəsini seçib. Qrup, Almaniya sərhədinə yaxın Hambaxdakı zavodu almaq üçün Ineos Automotive ilə eksklüziv danışıqlara başladığını elan edib. Bu barədə “Euronews” məlumat yayıb.

1990-cı illərin sonlarında kiçik Smart avtomobillərinin istehsalı üçün açılan bu zavod, 2020-ci ildən Britaniya qrupuna İneos məxsusdur və hazırda burada Grenadier 4×4 modelləri yığılır. Sövdələşmə hələ də işçi nümayəndələri ilə məsləhətləşmədən asılıdır.

Minval.info xəbər verir ki, BYD 2025-ci ildə Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olub. Keçən il 4,6 milyon avtomobil satan qrup, Çin xaricində genişlənməyə davam edir və məqsədi Avropa müştərilərinə daha yaxın istehsal etməkdir.

Qitədə sənaye dayaq nöqtəsi yaratmaq, xüsusilə Çin’dən idxal olunan elektrik avtomobillərinə tətbiq edilən Avropa gömrük rüsumlarının təsirini məhdudlaşdırmağa kömək edəcək. Gələcəkdə “Avropa istehsalı” qaydalarına uyğunlaşmaq da asanlaşacaq.

BYD, Avropa sürücülərinə Fransada istehsal olunan modellər təklif etmək niyyətindədir. Şirkətin icraçı vitse-prezidenti Stella Li, Hambaxın uzunmüddətli gələcəyini təmin etmək, yerli iş yerlərini qorumaq və bölgədəki işçilər və təchizatçılar üçün yeni imkanlar yaratmaq istədiklərini bildirib.

Prezident Emmanuel Makron bu elanı Fransa’nın investisiya cəlb etmək siyasətinin və Avropa səviyyəsində avtomobil istehsalçılarını qitədə istehsal etməyə təşviq etmək səylərinin nəticəsi kimi qəbul edib. Sənaye naziri Sebastyan Martin isə layihənin zavod işçilərinə aydınlıq gətirəcəyini və Fransanın avtomobil sektorunun inkişafına kömək edəcəyini düşünür.

Lakin BYD yalnız Fransaya investisiya qoymaqla kifayətlənmir, həm də Renault və Stellantis kimi Fransız rəqiblərinin öz mövqelərini qorumağa çalışdığı Avropa bazarını ələ keçirmək istəyir. Çinli istehsalçı, qiymət və texnologiya baxımından çox rəqabətədavamlı olan avtomobilləri ilə Peugeot, Citroën və ya Renault-nun elektrik modellərinə təzyiqi artıraraq Fransaya iş yerləri və sənaye fəaliyyəti gətirə bilər, lakin eyni zamanda öz tanınmış markalarını zəiflədə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: