Türkiyə təyyarəsi “hava dərəsi”nə düşdü: onlarla yaralı - FOTO/VİDEO
Minval.info// “Turkish Airlines” hava yolları şirkətinə aid sərnişin təyyarəsinin “hava dərəsi”nə düşməsi nəticəsində onlarla sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Bu barədə “The Sun” məlumat yayıb.
İnsident İstanbuldan Nyu-Yorka uçan “Boeing 777” avialaynerinin göyərtəsində yaşanıb. Turbulentliklə əlaqədar ekipaj üzvləri Kennedi aeroportuna təcili eniş etməli olub. 29 sərnişin və bir stüardessa müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sonuncunun ayağının sındığı bildirilir.
Aeroportun mətbuat katibi Stiv Koulman bəzi sərnişinlərə aeroport binasında ilkin yardımın göstərildiyini, dördünün xəstəxanaya çatdırıldığını söyləyib.
Qeyd edək ki, təyyarənin göyərtəsində ümumilikdə 326 sərnişin və 21 ekipaj üzvü olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu