Türkiyə rahib Brunsonu azad etdi
Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Brunson 4-cü dəfə məhkəmə qarşısına çıxıb.
Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, Brunson İzmirdə Ağır Cəza Məhkəməsinə aparılıb. FETÖ və PKK terror təşkilatlarına üzv olmaq, casusluq etmək iddiaları ilə barəsində 35 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edilən, daha sonra cəzası ev həbsi ilə əvəzlənən Brunson barədə yeni tələb açıqlanıb. Hakim bu dəfə qruplaşmaya üzv olmaq ittihamı ilə rahibin 10 il müddətinə həbsini istəyib.
Endryu Kreyq Brunson müdafiəsi zamanı “Günahsızam, Türkiyəni sevirəm, bəraət verilməsini istəyirəm” açıqlaması ilə çıxış edib.
Qeyd edək ki, 3 il, 1 ay, 15 gün həbsdə qalan rahib azadlığa buraxılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi