Türkiyə ölümcül virusun yayıldığı bölgədə əməliyyata başlayır: Azərbaycanlılar təxliyyə ediləcək
Çində koronavirusun geniş yayıldığı Uxan şəhərində yaşayan 35 türkiyəli və 10 azərbaycanlı “Koca Yusuf” əməliyyatı ilə təxliyyə ediləcək.
“Hürriyət” xəbər verir ki, onlar “Koca Yusuf” hərbi təyyarəsi ilə Türkiyəyə gətiriləcək və xüsusi geyimlə təchiz olunacaq.
Həmin şəxslər 14 gün müddətində karantində saxlanılacaq.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxslərin Türkiyəyə gətirilməsi üçün hazırlıqlar başa çatıb, Çin hökumətinə müraciət edilib və icazə alınıb.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məsələ ilə bağlı fikirlərini bölüşüb:
“Vətəndaşlarımızda hazırda xəstəliyin heç bir əlamətləri yoxdur. Uxan şəhərindəki hava limanında nümayəndələrimiz həmin şəxslərə yardım edəcək. Təyyarədə həkimlər də olacaq. Pilotlar, tibb işçiləri və vətəndaşlarımız xüsusi geyimlə təchiz ediləcək. 14 günlük karantində saxlanılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çernobıl faciəsi haqqında gizlədilən faktlar- FOTOLAR (+18)
Ceki Çanın qızı həmcinsi ilə ailə qurdu - Video
Dövlət katibi: ABŞ KXDR ilə danışıqlara hazırdır
Tarix müəlliminin 17 yaşlı şagirdi ilə eşq macərası - Əri xəbər tutdu və...
Məşhur güləşçi edam ediləcək
Bir sıra ölkələrdə koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır - SİYAHI