Türkiyənin məşhur aktrisasından şok açıqlama: “Atam tualetdə məni...”
“Həmişə atamla bağlı bir xatirəmi danışmağımı istəyəndə evdə tualetə salıb, məni qəddarcasına xortumla döyməsini xatırlayıram”.
“Hurriyet”in məlumatına görə, Türkiyənin məşhur aparıcısı və aktrisası Burcu Esmersoy uşaqlığından danışarkən bunları deyib və göz yaşlarını saxlaya bilməyib.
“Atamın sadəcə məni yersiz danladığını xatırlayıram. Ataları ilə münasibətləri yaxşı olan rəfiqələrim həyata qarşı daha inamlı olduğunu görürəm. Atamla bağlı məndə yaranan problemləri bu günə qədər həll edə bilməmişəm”, – deyə o bildirib.
O, atası ilə uzun müddət görüşmədiyini, ancaq xəstələndiyi vaxt bacısının təkidi ilə onun iş yerinə getdiyini bildirib:
“Ofisinə görüşməyə getdik. Çox soyuq, tanımadığım bir insan, amma atam… Məni qınamayın, amma onu xəstə və çətin vəziyyətdə gördüyüm zaman qəlbimdəki rahatlığı başa sala bilmərəm”.
Esmersoy bunu atasına da dediyini bildirib:
“Atamın bacımla sərt danışdığını gördükdə ona dedim: “Hazırda səni bu qədər pis vəziyyətdə görməkdən hiss etdiyim sevinci sənə demək istəyirəm. Allaha olan inamım artır”.
Məşhur aktrisa anası ilə də münasibətlərinin yaxşı olmadığını deyib:
“Anam başqası ilə evləndiyi üçün 18 yaşına qədər anama “xala” demək məcburiyyətində qalmışam. Ögey atam çox möhtəşəm bir insan idi. Onun haqqını ödəyə bilmərəm, amma anam barədə bunu deməyə çətinlik çəkirəm. Hətta bir gün onu səhvən “ana” çağırdığım üçün şillə vurdu”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
