Türkiyənin Çindən aldığı vaksin sınaqdan keçirilir
Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən aldığı “Sinovac” vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirilir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir.
“Report” xəbər verir ki, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək.
Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir bildirilməyib.
Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq