Sükutunu qalmaqallı şərhə pozdu: Ufuk Beydemirdən keçmiş arvadına atmaca
Türkiyənin məşhur müğənnisi Ufuk Beydemir keçmiş həyat yoldaşı, aktrisa İpek Filiz Yazıcının yeni sevgilisi ilə bağlı paylaşımına yazdığı rəylə sosial mediada böyük səs-küyə səbəb olub.
Minval.info xəbər verir ki, 2021-ci ildə sevgililik münasibətinə başlayan və 2022-ci ilin oktyabrında ailə quran cütlük 2025-ci ildə gözlənilmədən boşansa da, bu barədə heç bir rəsmi açıqlama verməmişdi. Səssiz-səmərsiz ayrılan tərəflərdən İpek Filiz Yazıcının fitness məşqçisi və bloqer İhsan Taha Torğutla yeni eşqə başladığı ortaya çıxıb. Torğutun sosial şəbəkə hesabında aktrisa ilə birgə fotolarını dərə etməsi ilə gizli qalan münasibət üzə çıxıb.
Bu hadisədən dərhal sonra Ufuk Beydemirin sosial şəbəkələrdə yayılan şəkillərin altına yazdığı reaksiya diqqətdən qaçmayıb. Müğənni keçmiş həyat yoldaşının yeni seçiminə istehza edərək: “Atdan düşüb eşşəyə minən keçmiş sevgili üçün də bir video gələcəkmi, kral?” şərhini qeyd edib.
Beydemirin bu atmacası sosial media istifadəçiləri tərəfindən sürətlə yayılaraq geniş müzakirələrə və müxtəlif reaksiyalara yol açıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır