Türkiyəli müğənni ətəklə səhnəyə çıxdı, tənqid olundu

Son illər Türkiyədə diqqət çəkən “Büyük ev Ablukada” qrupunun qurucusu və aktyor Bartu Küçükçağlayan səhnəyə ətəkdə çıxıb.
Minval.info xəbər verir ki, konsert zamanı yaşıl ətək geyinən sənətçi jurnalist Nihat Genç tərəfindən tənqid olunub.
“Bartu Küçükçağlayan adlı müğənni səhnəyə yaşıl ətəklə çıxır, maqazin dünyası bir-birinə dəyir “Nə olub ki? Bir dollar fırtınası idi, gəldi keçdi, indi də çıxdı”, – deyənlərə gəlsin. Zərər çox ağırdır, fırtına gəlib deşib keçib, bu da məmləkətimizdən mənzərələr”, – deyə, Nihat yazıb.
Onun tənqidi də tənqidlərə məruz qalıb. Nihat Gençə “Bir də istəyirsən ağla”, “Nihat da dəli olub deyəsən” sözləri ilə tvitlər yazılıb.
Qeyd edək ki, B.Küçükçağlayan “Binbir gece”, “Yalan dünya” adlı seriallarla məşhurlaşıb.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır