Türkiyəli müğənni Gülşen həbs edildi - SƏBƏB
Gülşen haqda həbs qərarı verilib.
OLAY yazır ki, sənətçi həbs edilərək Bakırköy Qadın Həbsxanasına göndərilib.
İfaçının polis bölməsində verdiyi açıqlama isə belədir:
“Bu qısa görüntünün aylar sonra hansı məqsədlə ortaya çıxarıldığını bilmirəm. Ancaq bunun təxribat məqsədilə edildiyini düşünürəm. Mən o sözləri heç vaxt “İmam Hatip”çiləri və ya ölkəmizin bir hissəsini qaralamaq, təhqir etmək üçün deməmişəm”.
Qeyd edək ki, konsertlərindən birində müğənni birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, – deyə, bildirib.
Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
