Türkiyəli məşhur professor “COVİD -19”un dərmanını tapdığını açıqlayıb - FOTO
Koronavirusun müalicəsi üzərində komandası ilə laboratoriyada tədqiqatlar aparan professor-doktor Ercüment Ovalı bu gün cəmiyyəti həyəcanlandıran açıqlama verib.
O qeyd edib ki, son 1 ayda laboratoriyada üzərində çalışdığı bir dərman artıq uğur qazanıb və bunu ən qısa müddətdə sınaqdan keçirmək lazımdır. “Dərman (Dornoz Alfa) o qədər təsirlidir ki, insanların həyatını qurtara bilər” – deyə Ovalı tvitter açıqlamasında bildirib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, bundan öncə də E.Ovalı Hürriyyət qəzetinin köşə yazarı Nedim Şenerə müsahibəsində “1 ay ərzində bütün dünya çalışmalarımızın hansı nəticə verdiyini 23 apreldə görəcək” demişdi. Bu gün isə tvitter hesabındakı açıqlamada bildirib ki, 23 apreli gözləməklə insanların həyatından daha bir neçə günün itməsini istəmir.
Qeyd edək ki, E.Ovalının bu açıqlaması həmkarları tərəfindən tənqidlə qarşılanıb.
https://twitter.com/ercumentovali/status/1250889637171810304
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
