Türkiyə dollardan imtina edir
Türkiyə əsas ticarət tərəfdaşları – Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Cümə günü ABŞ prezidenti Donald Tramp Türkiyədən Amerikaya ixrac olunan alüminyum və polada tətbiq edilən rüsumun 2 dəfə artırılmasına sanksiya verib. Nəticədə Türkiyə lirəsi kəskin surətdə ucuzlaşıb.
ABŞ və Türkiyə arasında münasibətlər həmçinin 2016-cl ildə həbs edilən amerikalı rahib Endrü Bransonun işinə görə də gərginləşib.
Ərdoğan bildirib ki, Avropa ölkələri “dollar buxovundan azad olmaq istəsə”, o zaman Ankara onlarla da analoji hesablaşmalara keçməyə hazırdır.
“Heç kim Türkiyəni iqtisadiyyat sahəsində qarşısına qoyduğu məqsəddən yayındıra, terrorçuluqla mübarizədən geri çəkilməyə məcbur edə bilməz. Bunu açıq bəyan edirəm. Türkiyə Suriya və İran siyasətini dəyişməyəcək”, – Ərdoğan deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan tutulub aparılan FETÖ üzvü hər şeyi etiraf etdi
Prezident icra başçısı ilə bağlı sərəncam verdi
Milli Şuranın mitinqinə icazə verildi: Lökbatanda
"Biz sadəcə müşahidə etmirik, ordumuz gücləndirilir"
Nazir müavini subsidiyalarla bağlı yeniliklərdən danışdı
Vladimir Putin: "Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi səmərəli işləyir"
"Xəzərlə bağlı tarixi qərar sabah veriləcək" - Nazarbayev