01.04.2019 - 15:06
Maqazin 33 baxış

“Türkiyədə Üzeyirin, Şəbnəmin mahnıları sevilir, amma...” – Ayan

Müğənni Ayan Babakişiyeva “X maqazin” verilişinin “Make up” rubrikasının qonağı olub.

Musavat.com xəbər verir ki, ifaçı maraqlı açıqlamaları ilə diqqət çəkib. O bildirib ki, Türkiyədə müğənnilərimizin mahnıları sevilsə də, sima olaraq tanınmırlar:

“Bizim Türkiyədə tanınan müğənnilərimiz var. Üzeyir küçədə getsə, tanımazlar. Amma mahnılarını çox yerdə eşidirəm. Sonra Şəbnəm Tovuzlunun mahnılarını sevirlər. Luna parklarda mahnılarını çox eşidirəm. Azəri qızı Günel oranın üzvü olub. Bəzi müğənnilərimiz orada klip də çəkdirib, “Kral” televiziyasında klipləri yayımlanıb. Amma orada küçədə tanımırlar. Sima olaraq biz tanınmırıq. O vaxt Çelik 2-3 ay Bakıda yaşadı. Biz onu qəbul etmədik. Onlar da bizi qəbul etmirik”.

İfaçı aparıcının “1 günlük kişi olsaydınız, nə edərdiniz” sualına “Aygün Kazımovanın sevgilisi olardım” cavabını verib.

Ayan Aygün Bəylərin ifasını eşidəndə kövrəldiyini də açıqlayıb.

Açar sözlər: #Ayan Babakişiyeva
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: