Türkiyədə ölən azərbaycanlı tələbə məşhur musiqiçinin nəvəsidir - Fotolar
Türkiyədə binadan yıxılaraq dünyasını dəyişən azərbaycanlı tələbə İsmayıl Əmrahov mərhum balabançı Əliməmməd Əmrahovun nəvəsidir.
Minval.info xəbər verir ki, bu barədə Virtualaz.org məlumat yayıb.
Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci il təvəllüdlü İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib.
İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi olub, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsi atasının müşayiəti ilə artıq Bakıya gətirilib.
Mərhum bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı