Türkiyədə “donuz qripi” həyəcanı: ölən var
Dünyanı qorxuya salan koronavirusun gündəmdə olduğu vaxt Türkiyənin bir çox vilayətində “donuz qripi”nə yoluxanların sayında artım qeydə alınıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, bir neçə gün öncə Diyarbəkirdə bir nəfər bu xəstəliklə əlaqədar vəfat edib. Bu səbəbdən türkiyəli mütəxəssislər koronavirusla bərabər “donuz qripi”nə də diqqət edilməsi barədə tövsiyələrini irəli sürüblər.
Diclə Universiteti Tibb Fakültəsinin professoru Əbdurrəhman Şenyigit Türkiyədə “donuz qripi” təhlükəsinin koronoavirusdan daha çox olduğunu deyib.
“Xüsusilə risk altında olanlar mütləq peyvənd edilmədir… Beş yaşından balacalar, 65 yaşdan yuxarılar, xroniki xəstəliyi olanlar, dalağı götürülənlər, şəkərli diabetlər, bronxit xəstəliyi olanlar, astmalı adamlar mütləq peyvənd olunmalıdır”, – deyə o bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ