Türkiyədə biznes quran Samirdən qalmaqallı xəbər - "Baş prokurora müraciət olunacaq"
Müğənni Samir Piriyevlə şoumen Kamran Həsəni arasında səngiyən müharibə yenidən alovlanıb.
Şoumenlə müğənni arasında pul çəkişməsiylə bağlı baş prokurora müraciət ediləcək.
Minval.İnfo xəbər verir ki, bu barədə S. Piriyevin vəkili Ceyhun Yusifov yenicag.az-a özü açıqlama verib:
“Samir hazırda biznes fəaliyyəti ilə bağlı Türkiyədədir. Onun Kamran Həsəni ilə bağlı məhkəmə prosesi dayandırılıb. Görünür, Kamran daha güclüdür. Bu iki ildə döymədiyimiz qapı qalmayıb, lakin hələ də Kamranın dələduzluğu sübuta yetirilməyib. Lakin biz geri çəkilən deyilik, Kamran ələ keçirtdiyi pulları gətirib qaytarsın. Məsələ ilə bağlı yaxın bir neçə gün ərzində baş prokurorun qəbulunda olacağıq”.
Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu çəkişmə xeyli müddətdir ki, davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır