Türkiyədə 9 serial birdən final edir
Türkiyənin məşhur serialları bu sezon tamaşaçılarla vidalaşacaq. “Qafqazinfo” xəbər verir ki, kifayət qədər reytinqi olan layihələr bu mövsüm final edəcək. Onlardan biri Show TV-də yayımlanan “Gülperi”dir. Səs-küylü layihə 30 mayda efirlə sağollaşacaq.
“Med Yapım” tərəfindən ərsəyə gələn “Kızım” serialı da bu mövsüm final edəcək. İddia olunur ki, şirkət 2010-ci ildə baş rolu Cansu Derenin canlandıracağı yeni serial çəkəcək.
Bundan əlavə, “Med Yapım”ın digər ekran işi olan “Bizim Hikaye” də ekranlarla vidalaşır. Layihənin sonuncu, 72-ci bölümü mayın 30-da efirdə yayımlanacaq.
Rəsmi açıqlama olmasa da, Kanal D-də yayımlanan “Çoçuklar Duymasın”da bu mövsüm final edəcək. 30 may günü sonuncu bölümü yayımlanan ekran işlərindən biri də “Çarpışma”dır.
“Ay Yapım” tərəfindən çəkilən reytinqli layihə bir sezonluq nəzərdə tutulduğu üçün tamaşaçılarla vidalaşır.
Tarixi layihə olan “Diriliş Ertuğrul”da 2019-da bitəcək seriallar arasındadır. Bu barədə baş qəhrəman Engin Altan Düzyatan açıqlama verib. O, ekran işinin bu sezon bitəcəyini, gələn mövsüm “Diriliş Osman” adlı layihənin başlayacağını qeyd edib.
Həmçinin, “İstanbullu gelin”, “Jet sosyete”, “Kuzgun”da final edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır