Türkanın ifasını “faciə” adlandırdı
“Potensialı olan insanlar yanlış musiqiyə gedir. Mənə deyə bilər, bilmirsiniz, mənim izləyicim bunu istəyir, bazarım bu musiqidədir. Bu səbəbləri hər gün eşidirəm, faciəvi reallıqdır”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Şourum”da deyib. O, müğənni Türkan Vəlizadənin ifaçısını tənqid edib:
“Sənət əsəri deyilən musiqidən söhbət gedir. Bu, sənət əsəri ola bilməz. Hamı nəsə çəkir TikTok-da məşhur olur. Mətbəxin, hamamın hamamlığı qalmayıb. Hamı nəsə çəkir və məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirilməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunki musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. 45 yaşım var, 22 ildir müasir musiqidə töhvəsi və tamaşaçısı olan biriyəm. Gecələr vicdanlı yatıram. Üzülürəm gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
