Türk serialları qadağan edildi
Ərəb dilidə yaymlanan, dünyanın irəlidə gedən media qruplarından biri olan və Dubayda mənzillənən MBC-nin nəzdində fəaliyyət göstərən bütün kanallarda türk seriallarının nümayişi dayandırılmağa başlanıb.
Minval.İnfo milli.az-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində nəşr edilən “The National” ingilisdilli qəzetinin yaydığı məlumata görə, MBC, nəzdində fəaliyyət göstərən bütün kanallara təlimat göndərərək ikinci bir göstəriş verilənə qədər türk seriallarının nümayişini dayandırmağı tələb edib.
Xəbərdə “qəfil” olduğu bildirilən bu qərarın arxasında dayanan səbəblərin, hələlik, bilinmədiyi vurğulanıb.
“MBC Group”-un nümayəndəsi Mazen Hayek “The National”-a verdiyi açıqlamada qərarı təsdiqləyib, ancaq bu qərarın səbəbi və ya kim tərəfindən verildiyinə dair hər hansı bir məlumat açıqlamayıb.
Hayek “MBC də daxil olmaqla, bir çox ərəb ölkəsində türk seriallarının nümayişinin dayandırılması istiqamətində bəzi media qruplarını maraqlandıran bir qərar qəbul edilib” deyib.
Hayek qərarın cümə günü, martın 2-də verildiyini də sözlərinə əlavə edib.
“The National”-ın xəbərində bu günə qədər aralarında “Vatanım Sensin” serialının da olduğu altı serialın bu qərar çərçivəsində yayımdan çıxarıldığı bildirilib.
Lakin “Dubai TV”-nin həftəlik proqramında “Kösem Sultan” serialının adı, hələ də, qalmaqdadır.
MBC nümayəndəsi Hayek verilən qərarın onlar üçün “daha keyfiyyətli xüsusi ərəb serialları yaratmaq” fürsəti təqdim edə biləcəyini vurğulayıb.
“MBC Group” 1991-ci ildə Londonda peykdən ərəb dilində yayımlanan ilk özəl televiziya kanalı olaraq yaradılıb. Əsas mərkəzini 2002-ci ildə Dubaya köçürən MBC-nin nəzdində 11 kanal fəaliyyət göstərir.
Şirkətin səhmdarlarının kim olduğu məlum deyil, ancaq aralarında Səudiyyə Ərəbistanının kral ailəsi üzvlərinin olduğu da ifadə edilib.
Sürətlə populyarlaşan türk serialları Ərəb dünyasına 2008-ci ildə “Gümüş” serialı ilə daxil olub. Serialın son bölümünü Mərakeşdən tutmuş Fars körfəzinədək ərazilərdə yaşayan 80 milyon insan izləyib.
2011-ci ildə isə “Ezel” serialı ərəblərin o qədər marağına səbəb olub ki, aktyorlar serialın ilk buraxılışı üçün Dubaya getməli olub.
Daha sonra populyarlığı Ərəb dünyasında “Kara Sevda” və “Rüya” serialları qoruyub saxlayıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi