Türk dünyası üçün ortaq himn təklifi gündəmdə
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dövlətləri Təşkilatının (TDT) ortaq himninin yaradılması təşəbbüsü ilə çıxış edib. O, bu təklifi sosial şəbəkə hesabında paylaşaraq, TDT-nin tədbirlərində ev sahibi ölkənin himni ilə yanaşı, təşkilatın öz himninin də səsləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Minval.info xəbər verir ki, Rəşad Məcid bu məqsədlə Türk dünyasından şair və bəstəkarların iştirakı ilə müsabiqə keçirilməsini təklif edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə bu təklifi dəstəkləyərək, himnin bütün türk dövlətlərinin tanınmış bəstəkar və şairlərinin birgə iştirakı ilə yazılmasının vacibliyini qeyd edib. O, himnin müəllifinin ümumtürk xalqı olmasını arzuladığını bildirib.
Deputat Arzuxan Əlizadə də bu təşəbbüsün Türk Dövlətləri Təşkilatının institusional inkişafı və ortaq kimliyinin möhkəmləndirilməsi baxımından müsbət addım ola biləcəyini vurğulayıb. O, himnin üzv dövlətləri birləşdirən ortaq dəyərlərin, tarixi bağların və gələcəyə dair vahid baxışın simvoluna çevrilə biləcəyini bildirib. Əlizadə, həmçinin, himnin hazırlanması prosesinin geniş müzakirələr və ortaq razılaşma əsasında aparılmasının vacibliyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb