Tünzalədən Rəqsanənin sərt tənqidlərinə şeirlə cavab: “Yaxşılığı incəliklə etmək…”
Xalq artisti Tünzalə Ağayeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına səsləndirdiyi sərt fikirlərə münasibət bildirib.
Minval.info xəbər verir ki, xalq artisti öncə insanlara yardım etdiyi barədə sosial şəbəkədə açıqlama yayıb. O bildirib ki, yardım kampaniyasına qoşulub və yardımlar edir.
Daha sonra Fransız yazıçısı Deni Didroya aid olan sözləri bölüşüb:
“Xoş deyil kimsəni məzəmmət etmək,
Bilmədən, görmədən həqarət etmək.
“Yaxşılıq” təqdirəlayiq hərəkət,
Minnətsiz olması böyük məharət!
Allah da gizlidir, əsl mərhəmət,
Əməl sahibinə verilən qiymət.
Yalnız yaxşılıq etmək kifayət deyil,
Yaxşılığı incəliklə etmək də vacibdir”.
Qeyd edək ki, Rəqsanə T.Ağayevanın ünvanına “15 min toydan pul alırsınız. Dövlət məmurlarının uşaqlarının toylarını oxuyurdunuz. “Xalq artisti” adını alıb, şokolad mağazası açmaqla deyil. Tünzalə Ağayeva, şokoladı göndərirsiniz müğənnilərin evinə, reklam edirsiniz. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə” sözlərini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Yayın son hiti" -Hissdən yeni KLİP
Azərbaycana "Milyonluk kuş" gəlir - FOTOLAR
Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi
Ağır xəstəlikdən əziyyət çəkən Ağakərimin oğlunun toyundan GÖRÜNTÜLƏR
"Bahalı qıza bahalı hədiyyə edərlər" - Pərvin Abıyeva