Tünzalə Ağayeva səfir oldu — FOTO

Belarusiyada keçiriləcək “II Avropa Oyunları” idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.
Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib.
Səfir Belarusiyanın “II Avropa Oyunları”na çox fəal şəkildə hazırlaşdığını bildirib.
“Azərbaycan “I Avropa Oyunları”nı çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır”, – deyə Gennadiy Axramoviç qeyd edib.
Qeyd edək ki, Belarusun Xalq artistləri Askold və Edqard Zapaşniy, Belarus Respublikasının BMT Uşaq Fondu (UNICEF) nümayəndəsi Dr. Raşed Mustafa Sarvar, Ukraynanın məşhur müğənnisi Ani Lorak və fiqurlu konki sürmə üzrə Rusiya çempionu Aleksey Yaqudin “II Avropa Oyunları”nın ulduz səfiri seçilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!