Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla – FOTOFAKT
Əməkdar artist Tünzalə Ağayeva ilə Adnan Oktarın Azərbaycandakı imamı və müridləri olduğu deyilən “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin təsisçisləri Ramiq Vəliyev və həyat yoldaşı Aysel Vəliyeva ilə fotosu yayılıb.
Minval.İnfo ölkə.az-a istinadən verdiyi məlumatına görə, fotoda T.Ağayevayla yanaşı, tanınmış modelyer Gülnarə Xəlilova və həyat yoldaşı, həmçinin Ağayevanın meneceri Yalçın Cabbarov və ictimai fəal İradə Əlili də yer alıb.
Ehtimal edilir ki, foto tərəflərin iş görüşməsi zamanı çəkilib. Maraqlıdır ki, Y.Cabbarov publika.az-a açıqlamasında sözügedən şəxs və rəhbəri olduğu şəbəkəylə heç bir əlaqələrinin olmadığını bildirib.
Qeyd edək ki, A.Oktar və 300-ə yaxın tərəfdarı bir neçə gün öncə həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı

