Tripoli aeroportu atəşə tutulub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
Liviya paytaxtında Mitiqa aeroportu yenidən atəşə tutulub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən aeroportun atəşə tutulması nəticəsində 1 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.
Mitiqa aeroportu Tripolinin dünya ilə əlaqəsini təmin edən yeganə aeroportdur. Aeroportun atəşə tutulması ilə əlaqədar sərnişin təyyarələrindən biri marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya böhranı ilə əlaqədar keçirilən beynəlxalq konfransda qəbul edilən Bəyannamədə münaqişə tərəfləri – Milli Razılıq Hökuməti və Xəlifə Haftar atəşkəsə çağırılıb. Eyni zamanda ölkədə vahid hökumətin yaradılması, dövlətçiliyin bərpası üçün islahatların aparılması vacib hesab edilib. Ancaq buna baxmayaraq, Xəlifə Haftar 2019-cu il dekabrın 12-dən Tripoliyə başlatdığı hücumları davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu