Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı
ABŞ prezidenti Donald Trampın Oklahoma ştatının Talsa şəhərində iştirakı üçün mitinq yeri hazırlamış seçkiqabağı qərargahın altı əməkdaşının koronavirus testi müsbət olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tima Merta bildirib.
“Təhlükəsizlik protokollarına uyğun olaraq qərargahın əməkdaşları tədbirlərdən əvvəl COVID-19 yoxlamasından keçirlər. Qabaqcıl qrupun keçirilmiş yüzlərlə testindən altı üzvünün nəticələri müsbət oldu və onlar barədə dərhal karantin tədbiri görülüb”, – o bildirib.
Tima Merta qeyd edib ki, onlarla yaxın əlaqədə olmuş heç bir əməkdaş mitinqdə olmayacaq və tədbirin başlanğıcından əvvəl temperatur ölçüləcək, əllər və maska üçün antiseptiklər veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı