Trampın İnfantino ilə bağlı başqa planı varmış
ABŞ prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun növbəti BMT Baş katibi olmasını istəyir.
Musavat.com xəbər verir ki, məlumatı “New York Post” qəzeti mənbələrə istinadən yayıb.
Qeyd olunur ki, İnfantino ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il Dünya Kuboku zamanı Amerika liderinə yaxınlaşıb.
Qəzetin yazdığına görə, FIFA prezidenti Trampı “qazanmaq üçün əlindən gələni edib”, hətta ötən ilin dekabrında ona FIFA Sülh Mükafatını təqdim edib.
“New York Post”un mənbəsinə görə, Tramp İnfantinonun “hər yerdə hörmətlə qarşılandığına və insanları bir araya gətirmək üçün xüsusi qabiliyyətinə malik olduğuna” inanır.
Amerika liderinin bu ideyanı İnfantinonun özü ilə müzakirə edib-etmədiyi, yaxud FIFA prezidentinin BMT Baş katibinin vəzifəsini tutmaq istəyib-istəmədiyi məlum deyil. Aprel ayında o, 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu təşkilatdan şok iddia: “Siti”ni Şeyx Mənsurun əlindən ala bilərik
“Real” Arda ilə bağlı bəyanat yaydı: Bu sistemə qarşıyıq
PSJ-nin ulduz oyunçusu Kvaratsxeliya ciddi zədə alıb
Boks üzrə U-19 dünya çempionatında Azərbaycanlılar uğur qazandı
ABŞ Qran Prisi təhlükədə
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu