Trampdan dövlət çevrilişi açıqlaması – "Məni devirməyə təşəbbüs etdilər..."
“Bu araşdırma hökumətimizi və ölkəmizi devirməyə təşəbbüsdür, qanundankənar çevriliş cəhdidir”.
Avropa.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində xüsusi vəzifəli prokuror Robert Müllerin Rusiya ilə bağlı araşdırmaya münasibət bildirərkən deyib.
Araşdırmanın özünə və hökumtəinə qarşı yönəldiyini bildiriən Tramp bu araşdırmanı “cadugər ovu” adlandırıb. Tramp qeyd edib ki, araşdırmanın nəticəsində onun əleyhinə heç bir şey tapılmayacaq. ABŞ prezidenti bundan əmin olduğunu bildirib.
Araşdırmanın ABŞ xalqına haqsızlıq oduğunu deyən Tramp istintaqı hökuməti devirməyə və ölkədə çevriliş həyata keçirmək təşəbbüsündə ittiham edib:
“Əgər bunu Respublika Partiyası Demokrat Partiyasına qarşı etmiş olsaydı, əgər bunu prezident Obamaya qarşı etmiş olsaydıq, bu an həbsdə 100 nəfər olardı. Bu, vətən xainliyi sayılardı və həyatlarının bundan sonrakı hissəsini həbsdə keçirərdilər. Bu cür xainliyin başqa bir prezidentin başına gəlmsəinə izn vermərik”.
Müllerin apardığı araşdırmaya münasibət bildirən Tramp bu işdə özünü təqsirsiz olduğunu bildirib: “Bu işdə ən təqsirsiz mənəm. Milyonlarla səhifəlik sənədləri incələdilər və heç bir şey tapa bilmədilər. Rusiyanın 2016-cı il seçkilərindəki təsiri sıfırdı”.
Qeyd edək ki, 2016-cı ilin noyabrında keçirilən president seçklərində Trampın seçki qərargahı ilə ruslar arasında gizli əməkdaşlıq olduğu iddiası üzrə 2017-ci ilin mayın 17-də istintaq başlanılıb. Həmin araşdırma ötən həftənin cümə günü tamamlanıb.
ABŞ-ın ədliyyə naziri Vilyam Barr Konqres üzvlərinə Rusiya ilə araşdırma ilə bağlı göndərdiyi hesabatda Tramp və president seçkiləri kampaniyasında heç kimin Rusiya ilə işbirliyinin təsbit edilmədiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda təyyarənin vurulma anını videoya çəkən şəxs saxlanıldı
OPEC-in baş katibi: "İran neftini qlobal bazardan çıxarmaq qeyri-mümkündür"
Almaniyada sərt karantin rejimi tətbiq olunacaq
BƏƏ anti-İran siyasətindən əl çəkəcək
Gürcüstan-Rusiya sərhədində gərginlik
“Qaşıqçı cinayəti”ndə əsas günahkarın məhkəmədən yayındığı məlum olub
Ekspertdən şok: "Rusiyanın hərbi bazasında partlayan nüvə reaktoru olub..."